"Sabah"ın müdafiəçisi komandanın qapıçısına çatdı

Hazırda oxunan: "Sabah"ın müdafiəçisi komandanın qapıçısına çatdı

103388

Misli Premyer Liqasının 3-cü turunda "Səbail"lə keçirilən oyun "Sabah"ın müdafiəçisi  Amin Seydiyev üçün əlamətdar olub. 

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, bu oyunda “Sabah”ın formasında 67-ci rəsmi matçına çıxan Amin, bununla da klubun heyətində ən çox matç keçirmiş Saşa Stamenkoviçə çatıb. 

2018-2021-ci illər aralığında “Sabah”ın heyətində çıxış etmiş serbiyalı “qolkiper” də komandada məhz bu sayda görüşdə meydana çıxıb. 

Qeyd edək ki, Amin 2020-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışır. O, 67 görüşdə (63 ölkə çempionatı, 4 ölkə kuboku) 2 qol vurub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO