“Murov” Avstriya klubu ilə qarşılaşacaq - ÖZƏL/VİDEO

“Murov” Avstriya klubu ilə qarşılaşacaq - ÖZƏL/VİDEO

Hazırda oxunan: “Murov” Avstriya klubu ilə qarşılaşacaq - ÖZƏL/VİDEO

103299

Çelenc kubokunda mübarizə aparan kişi voleybolçulardan ibarət “Murov” klubu yarışın 1/16 final mərhələsində Avstriyanın "Holding Graz”  komandası ilə üz-üzə gələcək.

Bizim.Media xəbər verir ki, hər iki görüş qarşılıqlı razılığa əsasən Bakıdakı Voleybol Mərkəzində keçirəcək.

Noyabrın 8-də saat 19:00-da rəqib, ertəsi gün isə saat 18:00-da təmsilçimiz meydan sahibi sayılacaq.

Qarşılaşmadan öncə klubun baş məşqçisi Fərid Cəlalov və komandanın aparıcı voleybolçusu Elmin Alışanov qarşıdakı oyun haqqında Bizim Media-ya özəl açıqlamalar veriblər.

Qeyd edək ki, "Murov" voleybolçuları bundan əvvəlki mərhələdə Xorvatiya təmsilçisini mübarizədən kənarlaşdırmışdılar.

Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO