Braziliya DÇ-2022-yə bu heyətlə gedir

Braziliya DÇ-2022-yə bu heyətlə gedir

Hazırda oxunan: Braziliya DÇ-2022-yə bu heyətlə gedir

103265

Braziliya millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb. 

Bizim.Media Braziliya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Tite 26 futbolçunu heyətə daxil edib. Onların arasında Meksikanın "UNAM Pumas" klubunun 39 yaşlı müdafiəçisi Dani Alves də var. 

Qapıçılar: Alisson ("Liverpul"), Ederson ("Mançester Siti"), Veverton ("Palmeyras"). 

Müdafiəçilər: Tiaqo Silva ("Çelsi"), Markinyos (PSJ), Danilo ("Yuventus"), Aleks Telles ("Sevilya"), Aleks Sandro ("Yuventus") Eder Militao ("Real"), Bremer ("Yuventus"), Dani Alves ("UNAM Pumas,") 

Yarımmüdafiəçilər: Brunu Qimarayns ("Nyukasl"), Kazemiro ("Mançester Yunayted"), Lukas Paketa ("Lion"), Fabinyo ("Liverpul"), Fred ("Mançester Yunayted"), Everton Ribeyro ("Flamenqo") 

Hücumçular: Neymar (PSJ), Vinisius Junior ("Real"), Antoni ("Mançester Yunayted"), Rodriqo ("Real"), Rişarlison ("Tottenhem"), Rafinya ("Barselona"), Qabriel Martinelli ("Arsenal"), Pedro ("Flamenqo"), Qabriel Jezus ("Arsenal") 

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Braziliya millisi Serbiya, İsveçrə və Kamerunla  G qrupunda mübarizə aparacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO