Azərbaycanın daha 12 cüdoçusu bu gün Bakıda keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.
Bizim.Media xəbər verir ki, sonuncu yarış günündə 90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev, Murad Fətiyev, Nihad Şıxəlizadə və İbrahim Ağakişiyev tatamiyə çıxacaq.
100 kq-da yarışan Elmar Qasımov, Zelim Kotsoyev, Aslan Mirzəyev və Hüseyn Dadaşov medal qazanmağa çalışacaq.
100 kq-dan yaxarı çəkidə isə İbrahimxəlil Ömərov, Camal Qamzatxano, Kənan Nəsibov və Toğrul Salmanov qüvvəsini sınayacaq.
Böyük Dəbilqə
90 kq
Məmmədəli Mehdiyev - Vaçid Borçaşvili (Avstriya)
Murad Fətiyev - Komronsox Ustopirion (Tacikistan)
Nihad Şıxəlizadə - Luka Maysuradze (Gürcüstan)
İbrahim Ağakişiyev - Markus Nyuman (İsveçrə)
100 kq
Elmar Qasımov - Qriqori Minaskin (Estoniya)
Zelim Kotsoyev - Tomas Briseno (Çili)
Aslan Mirzəyev - Nikolas Şerazadişvili (İspaniya)
Hüseyn Dadaşov - Veq Zsombor (Macarıstan)
+100 kq
İbrahimxəlil Ömərov - Serafim Komlaniets (İsrail)
Camal Qamzatxano - Fransisko Solis (Çili)
Kənan Nəsibov - Lorentso Aqro Silvan (İtaliya)
Toğrul Salmanov - Azamat Çoçayev (Bəhreyn)
Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq) və Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal əldə edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:21 / 06.11.2022
Azərbaycanın daha 12 cüdoçusu Böyük Dəbilqədə tatamiyə çıxacaq
Hazırda oxunan: Azərbaycanın daha 12 cüdoçusu Böyük Dəbilqədə tatamiyə çıxacaq
Hazırda oxunan: Azərbaycanın daha 12 cüdoçusu Böyük Dəbilqədə tatamiyə çıxacaq
103046
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.