"Sayılmayan qolda əsəbiləşdim” - Qurban Qurbanovun oyun sonrası açıqlaması - VİDEO

Hazırda oxunan: "Sayılmayan qolda əsəbiləşdim” - Qurban Qurbanovun oyun sonrası açıqlaması - VİDEO

102736

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda Bakıda "Frayburq"la heç-heçə etdikləri matç (1:1) barədə danışıb. 

Bizim.Media xəbər verir ki, o, oyundan sonra "CBC Sport"a açıqlamasında futbolçulara və azarkeşlərə təşəkkür edib:

"Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Futbolçularım bu il avrokuboklarda 14 oyunun hamısında yaxşı performans göstərdilər. Onlara bildirmişdim ki, bu gün yaxşı oyun göstərsinlər. Sağ olsunlar ki, bunu etdilər". 

Mütəxəssis Marko Veşoviçin penaltidən vurduğu qolun qeydə alınmaması barədə bunları söyləyib:

"Sayılmayan qol epizodunda əsəbiləşdim. Həmin an penalti təyin olunmalı idi. Bilmirəm ki, niyə ofsayd qərarı verildi". 
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsini 3-cü pillədə tamamlayıb və yoluna Konfrans Liqasında davam edəcək. 

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO