"Biz Birik - İnklüziv və sağlam həyat" layihəsinin davamı olaraq Tovuz 2022-ci il üçün Azərbaycanın “Gənclər Paytaxtı” çərçivəsində əlilliyi olan gənclər və qazilərin iştirakı ilə inklüziv veloyürüş həyata keçirilib.
Bizim.Media xəbər verir ki, əsas məqsədi əlilliyi olan gənclərin para-velosiped idman növünə cəlb edilməsi vasitəsilə onların cəmiyyətə inteqrasiyasına, özünəinam hisslərinin artırılmasına, şəxsi inkişafının və psixoloji vəziyyətlərinin barpa olunmasına, sağlam həyat tərzinin təbliği ilə bağlı biliklərinin artırılmasına töhvə vermək və reabilitasiyalarına şərait yaratmaqdan ibarətdir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini dəstəyi və Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan yürüşdə bir qismi vətən müharibəsi qazisi və ümumi səbəblərdən əlilliyi olan 40-dan çox gənc iştirak edib.
Finiş nöqtəsində yürüş iştirakçılarını təntənə ilə qarşılayan Tovuz rayonu Olimpiya İdman Kompleksində fəaliyyət göstərən idmançılar daha sonra vətənpərvər musiqilər sədasında öz idman çıxışlarını təqdim ediblər.
Öz növbəsində layihənin əhəmiyyətindən danışan qonaqlar təşkilatçılara təşəkkürlərini bildiriblər.
26 və 27 oktyabr 2022-ci il tarixlərində nəzəri və praktiki hissədən ibarət olan təlimdə iştirak etmiş iştirakçılara sertifikatlar təqdim edilib, xatirə şəkilləri çəkdiriblər.
Zakir Abbas, Bizim.Media
- A-
- A
- A+
İdman
21:44 / 30.10.2022
Tovuzda əlilliyi olan gənclər və qazilərin iştirakı ilə inklüziv veloyürüş keçirildi
Hazırda oxunan: Tovuzda əlilliyi olan gənclər və qazilərin iştirakı ilə inklüziv veloyürüş keçirildi
Hazırda oxunan: Tovuzda əlilliyi olan gənclər və qazilərin iştirakı ilə inklüziv veloyürüş keçirildi
101942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.