“Sabah” “Qəbələ”ni məğlub etdi - Turun son oyunu

“Sabah” “Qəbələ”ni məğlub etdi - Turun son oyunu

Hazırda oxunan: “Sabah” “Qəbələ”ni məğlub etdi - Turun son oyunu

101940

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun son oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, günün ikinci matçında “Sabah” “Qəbələ” ilə qarşılaşıb. “Bank Respublika Arena” baş tutan görüşdə meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıblar.

Belə ki, qonaq komandadan beşinci dəqiqədə İsnik Alimi penaltini dəqiq yerinə yetirib. Aleksey Kaşuk 63-cü dəqiqədə bərabərlik qolunu vurub. 90+3-cü dəqiqədə isə Davit Volkov komandasına qələbə qazandırıb.

Beləliklə, 31 xala malik olan “Sabah” ikinci pillədə yer alıb, “Qəbələ” isə 17 xalla beşinci sırada qərarlaşıb.

Xatırladaq ki, günün ilk matçında “Qarabağ” “Şamaxı”ya 4:0 hesabı ilə qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO