“Qarabağ” “Şamaxı”nın qonağı olacaq

“Qarabağ” “Şamaxı”nın qonağı olacaq

Hazırda oxunan: “Qarabağ” “Şamaxı”nın qonağı olacaq

101863

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XII turun daha iki oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, günün ilk matçında "Şamaxı" Şamaxı şəhər stadionunda "Qarabağ"ı qəbul edəcək. Rəqibindən bir oyun az keçirən "köhlən atlar" 30 xalla liderdir.

Meydan sahibləri 4 xalla 9-cu pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatlarında 71 dəfə üz-üzə gəliblər. Bunların 33-də Ağdam təmsilçisi, 13-də Şamaxı klubu qələbə qazanıb. Topların nisbətində də qonaqlar aşkar üstündür - 99:43. “Qarabağ” 16 oyundur Premyer Liqada uduzmur, “Şamaxı” isə 4 matçdır qol vurmur.

Günün ikinci görüşündə "Sabah" "Qəbələ" ilə üz-üzə gələcək. Paytaxt təmsilçisi 28 xalla ikinci, bölgə təmsilçisi 17 xalla beşincidir. Tərəflər indiyədək Premyer Liqada 16 dəfə qarşılaşıblar.

Bunların 8-də meydan sahibləri, 5-də "qırmızı-qaralar" meydanı 3 xalla tərk ediblər. Topların nisbətində də "Qəbələ" üstündür - 23:15. “Sabah” çempionatdakı son 4 oyunda rəqibinə qol vurub. Son 6 qarşılaşmada iki və ya daha çox qol qeydə alınıb.

Qeyd edək ki, XII turun digər matçlarında "Turan Tovuz" "Sumqayıt"ı 1:0, "Kəpəz" "Səbail"i, "Neftçi" isə "Zirə"ni 3 cavabsız qolla üstələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO