Azərbaycan Cüdo Federasiyasının saytı TƏQDİM OLUNDU – FOTO 

Azərbaycan Cüdo Federasiyasının saytı TƏQDİM OLUNDU – FOTO 

Hazırda oxunan: Azərbaycan Cüdo Federasiyasının saytı TƏQDİM OLUNDU – FOTO 

101665

Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmi saytının təqdimat mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirdə ACF-in vitse-prezidenti Elnur Məmmədli, qurumun prezidentinin müşaviri Natiq Bağırov, federasiyanın baş katibi Rəşad Rəsullu və digər qonaqlar iştirak ediblər. 

Təqdimat mərasimində əvvəlcə federasiyasının fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub. 

Federasiyanın baş katibi R.Rəsullu Beynəlxalq Cüdo Günü münasibətilə iştirakçıları təbrik edib.

Baş katib federasiyanın yeni saytının texniki standartlara cavab verməsinin, məlumatların dolğun olmasının, operativliyin təmin olunmasının vacibliyini qeyd edib.

O bildirib ki, əsas yenilik saytda Azərbaycan idmançılarının iştirak etdiyi yarışları canlı izləmək üçün bölmənin açılmasıdır. Həmçinin, portalda beynəlxalq və yerli turnirlərin təqvimi də əks olunub. 

Bundan başqa, saytda Azərbaycan həqiqətlərini dünyaya çatdıran hiperlinklər, şəffaflığı təmin etmək məqsədilə federasiyanın daxili sənədləri, lisenziyalaşdırma ilə bağlı vacib məlumatlar yerləşdirilib. 
Tədbirdən sonra jurnalistlərə açıqlama verən baş katib Rəşad Rəsullu paytaxtımızda təşkil olunacaq Böyük Dəbilqə turnirindən də danışıb. 

O, yarışda 64 ölkədən 406 idmançının iştirak edəcəyini açıqlayıb: 

“Qeydiyyat bu gecə saat 02:00-dək davam edəcək. Yarışların proqramına gəlincə, saat 10:00 və ya 11:00-da ilkin görüşlər başlayacaq. Saat 16:00-da açılış mərasimi keçiriləcək. Saat 17:00-da isə final görüşləri olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO