"Kəpəz" PFK-ya dəstək məqsədi ilə yaradılan "kapaz100k" layihəsinin geniş təbliğatının təşkilində Gəncə Şəhər İcra Hakimiyyətinin də dəstəyinə ehtiyac var. Bu layihəni reallaşdırmaq məqsədilə hamı fəallıq göstərməlidir”.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu fikirlər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə "Futbolun İnkişaf Fondu"nun İcraçı direktoru Tural Piriyev və "Kəpəz" PFK-nın İdarə Heyətinin sədri İlqar Nadiri ilə görüşü zamanı səsləndirilib.
Tural Piriyev fond tərəfindən Gəncə şəhəri üzrə görülmüş işlər və gələcək planlar barədə məlumat verib.
Niyazi Bayramov layihə ilə yaxından tanış olub, verilən təklifləri müsbət dəyərləndirib. Şəhər rəhbəri layihəyə müəyyən dəstək göstəriləcəyini qeyd edib.
"Kəpəz" PFK-nın İdarə Heyətinin sədri İlqar Nadiri öz növbəsində "Kəpəz"in "Neftçi"yə qarşı ev oyununun Gəncə şəhər stadionunda keçirilməsində göstərdiyi dəstəyə görə Niyazi Bayramova təşəkkür edib, klubun hazırki fəaliyyəti barədə məlumat verib və şəhər rəhbərini "Kəpəz"in növbəti ev oyununa dəvət edib.
Görüşdə millət vəkili Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov iştirak ediblər.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
İdman
10:11 / 27.10.2022
""Kəpəz"in dəstəyə ehtiyacı var" - İcraçı direktor
Hazırda oxunan: ""Kəpəz"in dəstəyə ehtiyacı var" - İcraçı direktor
Hazırda oxunan: ""Kəpəz"in dəstəyə ehtiyacı var" - İcraçı direktor
101379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.