Ronaldo məşqlərə geri döndü – FOTO

Ronaldo məşqlərə geri döndü – FOTO

Hazırda oxunan: Ronaldo məşqlərə geri döndü – FOTO

101110

"Mançester Yunayted"in cəzalandırılaraq məşqlərdən uzaqlaşdırılan futbolçusu Kriştiano Ronaldo yenidən komanda ilə məşqlərə başlayıb.

Bizim.Media xəbər verir ki, 37 yaşlı hücumçu komandanın  Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Şerif"lə matç üçün hazırlığında iştirak edib.

Mançester təmsilçisiv məşqdən portuqaliyalı oyunçunun fotolarını yayımlayıb.

Ronaldo Premyer Liqanın 12-ci turunda "Tottenhem"lə matçda meydana çıxmaqdan imtina edib. Klub 37 yaşlı futbolçu iki həftəlik əmək haqqı məbləğində cərimələyib. Bu, 887 min avro deməkdir. Həmçinin Ronaldo İngiltərə Premyer Liqasının 13-cü turunun "Çelsi" ilə matçı üçün heyətdən kənarlaşdırılıb. Bundan sonra o, fərdi məşqlərə başlamışdı.
Həmçinin bildirilmişdi ki, baş məşqçi Erik ten Haq bu gün Ronaldo ilə görüşəcək, bundan sonra forvard məşqlərə qayıda bilər.

Əlavə edək ki, "Mançester Yunayted" - "Şerif" matçı oktyabrın 27-si "Old Trafford" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO