Bu gün Azərbaycanın daha dörd cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə 73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov 1/16 final mərhələsində Bilal Çiloğlu (Türkiyə) ilə, eyni çəkidəki Vüsal Qələndərzadə 1/32 finalda Adil Osmanovla (Moldova) üz-üzə gələcək.
81 kq-da yarışan Elcan Hacıyev 1/16 finalda Laçlan Morhed (Böyük Britaniya) / Mohab Elhanas (Kanada) cütünün qalibi ilə görüşəcək. Bu çəkidəki Zelim Tçkayev eyni raundda Cavad Sardidinin (Səudiyyə Ərəbistanı) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqədə 13 idmançı ilə təmsil olunur. Yarışa oktyabrın 23-də yekun vurulacaq. Daha əvvəl 60 kq çəki dərəcəsindəki Balabəy Ağayev bürünc medal qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:45 / 22.10.2022
4 cüdoçumuz Böyük Dəbilqədə tatamiyə çıxacaq
Hazırda oxunan: 4 cüdoçumuz Böyük Dəbilqədə tatamiyə çıxacaq
Hazırda oxunan: 4 cüdoçumuz Böyük Dəbilqədə tatamiyə çıxacaq
100581
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.