"Mingəçevir Reqatası"nın açılış mərasimi keçirilib – FOTO/VİDEO

Hazırda oxunan: "Mingəçevir Reqatası"nın açılış mərasimi keçirilib – FOTO/VİDEO

100404

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Suqovuşanda təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev, Azərbaycan Voleybol Federasiyasının prezidenti Fərid Xəlilov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov, Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı, digər federasiyaların rəsmiləri, Vətən müharibəsi qaziləri və qonaqlar iştirak ediblər. 

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra iştirakçılar tamaşaçılara təqdim olunub.

Fərhad Əliyev ölkə rəhbərliyinin idmana qayğısı nəticəsində bütün idman növlərinin inkişaf etdiyini bildirib. 

Suqovuşanda ikinci yarışın təşkil olunduğunu xatırladan federasiya rəsmisi bütün iştirakçılara uğurlar arzulayıb.

Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı işğaldan azad olunmuş torpaqdan hər kəsi salamlayıb və iki dövlət, bir millət olaraq, burada iştirakdan qürur duyduğunu vurğulayıb.

Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç yarışa dəvət olunduqları üçün Azərbaycana təşəkkürünü bildirib. O, Qarabağdakı quruculuq işlərini görməkdən məmnunluğunu ifadə edib.

Sonda çıxış edən F.Qayıbov Gənclər və İdman Nazirliyi adından hər kəsi salamlayıb. 

Nazir deyib ki, Suqovuşanda ikinci beynəlxalq yarışın keçirilməsi idmanın inkişafı və Qarabağdakı sürətli quruculuq işlərinin nəticəsidir. Reqatanın yüksək səviyyədə təşkil olunduğunu qeyd edən nazir daha sonra yarışı açıq elan edib.

Qeyd edək ki, "Mingəçevir Reqatası"ında Azərbaycanla yanaşı Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Turkiyə, Özbəkistan və Ukrayna komandaları iştirak edirlər.

Komandalar bu gün Suqovuşan su anbarında kayak və kanoe növlərində qalibi müəyyənləşdirəcəklər.

Yarış 22-23 oktyabrda isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar.

Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaqlar.

Bizim.Media






 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO