Mançesterdə Ronaldo gərginliyi artır

Mançesterdə Ronaldo gərginliyi artır

Hazırda oxunan: Mançesterdə Ronaldo gərginliyi artır

100294

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasında "Tottenhem"lə matç (2:0) bitməmiş "Old Trafford" stadionunu tərk edib.

Bizim.Media xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Bundan əvvəl portuqaliyalı oyunçunun görüşün final fitindən əvvəl  paltardəyişmə otağına getdiyi barədə xəbər yayılmışdı.

Ancaq sonradan məlum olub ki, 37 yaşlı oyunçu ehtiyat oyunçular skamyasını tərk edən zaman paltardəyişmə otağına getməyib. O, “Mançester Yunayted”in stadionunu tərk edib. Komanda qələbəni bayram edən zaman Ronaldo paltardəyişmə otağında olmayıb.
Qeyd edək ki, Ronaldonun 2023-cü ilin qışında "Mançester Yunayted"dən ayrılacağı barədə xəbərlər yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO