Cəlilabbadda qardaş bacısının toy günü öldü -  FOTO

Cəlilabbadda qardaş bacısının toy günü öldü - FOTO

Hazırda oxunan: Cəlilabbadda qardaş bacısının toy günü öldü - FOTO

91264
O, hadisə yerindəcə dünyasını dəyişib.

Cəlilabad rayon sakini Rusiyada bədbəxt hadisə nəticəsində ölüb.

Moderator.az xəbər verir ki, APA-nın cənub bürosunun xəbərinə görə, rayonun İnili kənd sakini, 1976-cı il təvəllüdlü  Adış Alış oğlu Mahmudov bir müddət öncə qazanc məqsədilə Rusiya Federasiyasına gedib. 

Orada fərdi evlərin tikintisində çalışan A. Mahmudovun əlindəki dəmir parçası ehtiyatsızlıq səbəbindən yüksək gərginlikli elektrik xəttinə toxunub və o, hadisə yerindəcə dünyasını dəyişib. 

Hadisə baş verən gün doğulduğu kənddə A. Mahmudovun bacısının toyu olub. Ailə onun faciəvi ölümündən yalnız bir neçə gün sonra xəbər tutub.

Qeyd edək ki, A.Mahmudovun meyiti Azərbaycana gətirilib və doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO