Bakıda ağır qəza zamanı sürücü faciəvi şəkildə öldü -  FOTOLAR

Bakıda ağır qəza zamanı sürücü faciəvi şəkildə öldü - FOTOLAR

Hazırda oxunan: Bakıda ağır qəza zamanı sürücü faciəvi şəkildə öldü - FOTOLAR

75786
Hadisənin baş vermə səbəbləri araşdırılır.

Bakı dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində qəza baş verib. 

Moderator.az -ın Report-a istinadən məlumatına görə, hadisə zamanı bir nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Qəza zamanı Biləcəri qəsəbəsi istiqmətində hərəkətdə olan “Hyundai”x9d markalı minik maşını ötmə əməliyyatı həyata keçirərkən “Mercedes”x9d markalı avtomobil ilə toqquşub və sürücü nəzarəti itirib. Nəticədə nəqliyyat vasitəsi dəmir arakəsmələrə çırpılıb.

Məlumata görə, təxminən 30-35 yaşlarında olan sürücü avtomobilin içinə daxil olan dəmir parçalarının onu iki yerə bölməsi nəticəsində dünyasını dəyişib. Hadisə zamanı “Mercedes”x9din də sürücüsü xəsarət alıb. 

Qəza avtomagistralda tıxaca səbəb olsa da, polis əməkdaşları tərəfindən hərəkət qısa zamanda nizamlanıb. Hadisənin baş vermə səbəbləri və dünyasını dəyişən sürücünün kimliyi Yasamal rayon Polis İdarəsində araşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO