Bakıda ağır yol qəzası:  yaralılar var - FOTO

Bakıda ağır yol qəzası: yaralılar var - FOTO

Hazırda oxunan: Bakıda ağır yol qəzası: yaralılar var - FOTO

57338
Bakının Binəqədi rayonunda 6 maşının toqquşması və 2 nəfərin ağır yaralanması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

APA-nın məlumnatına görə, hələlik  sürücüsü məlum olmayan “Mercedes” markalı  avtomobil  Mir Cəlal Paşayev küçəsi ilə üzü  avtovağzal istiqamətində  yüksək sürətlə  hərəkətdə  olarkən  qəfil   idarəetməni itirib.
 
Sürücü  avtomobili  əvvəlcə  qarşısında  hərəkətdə  olan “Daewoo Damas”-a  çırpıb. Hər  iki  avtomobil  yoldakı  arakəsməni   aşaraq yolun  əks  istiqamətinə  düşüb. Qəzaya  səbəb olan  "Mercedes"  daha sonra yol kənarında dayanan  başqa  bir "Mercedes"ə,  o da  eyni markalı başqa 2  "Mercedes"ə çırpılıb.  Zərbə  güclü  olduğundan  "Mitsubishi" yə  dəyən  " Daewoo "un sürücüsü ön şüşədən  çıxaraq  təqribən  10 metr  kənara  düşüb. "Mitsubishi"nin  sürücüsü  isə, ağır vəziyyətdə  ətrafdakıların  köməyi  ilə maşından çıxarılıb. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına  aparılıb.
 
Qəzanın baş verdiyi əraziyə  Binəqədi  Rayon Polis idarəsinin  əməkdaşları  gəliblər. Qəzanı törədən sürücü  polis  idarəsinə,  yararsız  vəziyyətə  düşmüş avtomobillər  isə cərimə  meydançasına  aparılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzanın baş verməsinə yüksək sürət səbəb olub.








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO