Avtomobil çəpərə çırpıldı: iki nəfər yaralanıb

Avtomobil çəpərə çırpıldı: iki nəfər yaralanıb

Hazırda oxunan: Avtomobil çəpərə çırpıldı: iki nəfər yaralanıb

55273
Bakı şəhəri Yasamal rayonunda “VAZ 2107” markalı minik avtomobili idarəetməni itirərək çəpərə çırpılıb.
 
Moderator.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobili deformasiyaya uğrayıb və 2 sərnişin sıxılmış vəziyyətdə qalıb.
 
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO