Bayraq yenə də endirildi

Bayraq yenə də endirildi

Hazırda oxunan: Bayraq yenə də endirildi

53359
Türkiyənin Siirt vilayətində növbəti dəfə ölkə bayrağının dirəkdən endirilməsi hadisəsi baş verib. 

Hadisəni etiraz aksiyası keçirən bir qrup PKK terror təşkilatının üzvü törədib. 

Məlumata görə, Diyarbəkirdə PKK üzvünün heykəlinin götürülməsinə etiraz edən bir qrup terrorçu bölgədə aksiya keçirib. 

Aksiya zamanı yaxınlıqda olan “Çevik Ersen Temel” adına orta məktəbin həyətinə soxulan üzü bağlı 6 terrorçu burda dövlət bayrağını enidirb və Atatürkün büstünü sökublər. Terrorçular daha sonra bayrağı və büstü də götürərək qaçıblar. 

Hadisədən sonra dirəyə yeni bayraq asılıb və hadisəni törədənlərin ələ keçirilməsi istiqamətində araşdırmalara başlanılıb.(ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO