Moderator.az-ın məlumatına görə, bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
Dünən dünyasını dəyişən diplomat bu gün dəfn edilib.
Qeyd edək ki, Elman Araslı filologiya elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, ədəbiyyatçı, tənqidçi, 23 fevral 1909-cu ildə Gəncədə doğulan və 1983-cü ildə Bakıda vəfat edən Həmid Araslının oğludur.






























































































