Bakı-Şamaxı yolunda qəza

Bakı-Şamaxı yolunda qəza

Hazırda oxunan: Bakı-Şamaxı yolunda qəza

52719
Paytaxtın Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Hadisə  Bakı-Şamaxı  yolunun  Sulutəpə  qəsəbəsi ərazisindən keçən hissəsində  qeydə alınıb.
 
İkinci qrup əlil, 53 yaşlı  Rasim Quliyev  idarə etdiyi  "VAZ -2109" markalı avtomobillə  Şamaxıdan  paytaxt  istiqamətində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili  yol ayrıcına çırpıb.
 
Zərbə güclü olduğundan avtomobil yol ayrıcını aşıraraq yolun əks  istiqamətinə  düşüb. Baş verən qəzadan sonra  sürücü Rasim Quliyev bir ayağını itirib. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar. Yaralı  1 saylı şəhər  kliniki xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti kafi qiymətləndirilir. İlkin ehtimala görə, qəzanın baş verməsinə yüksək sürət səbəb olub. Faktla bağlı  araşdırma aparılır.


apa
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO