Azərbaycana dolu yağdı (VİDEO)

Azərbaycana dolu yağdı (VİDEO)

Hazırda oxunan: Azərbaycana dolu yağdı (VİDEO)

43760
Bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti pisləşəcək. Bakı və Abşeron yarımadasında, həmçinin bölgələrdə yağış və hətta qar yağacağı proqnozlaşdırılır. 

Artıq Ağdama güclü dolu yağıb. Təbii fəlakət əkin sahələri və meyvə ağaclarına ciddi ziyan vurub. Güclü küləyin müşayəti ilə yağan dolu əsasən rayonun Çıraqlı, Mirəşelli, Əhmədağalı və Çəmənli kəndlərində problemlər yaradıb. 

Bir neçə elektrik transformatoru dolu vurması nəticəsində sıradan çıxıb. Dolu təqribən 25 dəqiqə davam edib. Hazırda rayona dəyən ziyanla bağli yerli Fövqəladə Hallar Komisiyasının mütəxəssisləri araşdırma aparır. Nə qədər hava soyusa da üzü yaya doğru gedir. Odur ki, qorxusu yoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO