Azərbaycanda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.Moderator.az xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. 1996-cı il təvəllüdlü Müzəffər Eyvaz oğlu Səfərovun idarə etdiyi "Tavriya" markalı minik avtomobili ilə "Kamaz" markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilin sürücüsü və avtomobildə olan digər sərnişin 1976-cı il təvəllüdlü Musayev Mövlud Muxtar oğlu hadisə yerində vəfat ediblər.
Qəza nəticəsində ölən hər iki şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb.






























































































