Dudayevin “Mersedes”i ilə ana və qızını öldürmüş çeçen axtarışa verildi-FOTO

Dudayevin “Mersedes”i ilə ana və qızını öldürmüş çeçen axtarışa verildi-FOTO

Hazırda oxunan: Dudayevin “Mersedes”i ilə ana və qızını öldürmüş çeçen axtarışa verildi-FOTO

264504
xa0Smolensk vilayəti Dumasının üzvləri Çeçenistan lideri Ramzan Kadırovdan Moskvada ölümlə nəticələnmişxa0 qəzaxa0 törədərək hadisə yerindən qaçmışxa0 sürücünüxa0 tapmaqda kömək etməsini xahiş ediblər.xa0xa0

Moderator.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə deyilir ki, faciə martın 24-də Mojaysk şossesində baş verib. Yüksək sürətləxa0 hərəkət edən "Mercedes Gelandewagen" avtomobilixa0 "Niva"ya çırpılıb. Nəticədə 34 yaşlıxa0 qadın və onun 14 yaşlı qızı həlak olub.xa0 Sükan arxasında olan ailənin başçısı isəxa0 xəstəxanaya yerləşdirilib.xa0

Xaricixa0 avtomobil sürücüsü qəza yerindən qaçıb. "Mash" Telegram -kanalının məlumatına görə, "Mercedes" çeçen "MMA"(qarışıq döyüş novü) döyüşçüsü Abdul-Rəhman Dudayevə məxsusdur. Ancaq həmin faciəli gündə sükan arxasında o, özü deyil, soyğunçuluqda ittiham olunanxa0 keçmiş məhkum Müslüm Cambekov olub.xa0 A.Dudayev özü isə hazırdaxa0 elit bir xarici avtomobilin sahibi olduğunu inkar edib. Onun sözlərinə görə, sözügedən avtomobili bir il öncə satıb.xa0

Faciəyə məruz qalmış ailəyə kömək etməyi vəd edən Smolensk vilayət Dumasının deputatı Andrey Mitrofanenkovxa0 isə "VKontakte" sosial şəbəkəsindəki səhifəsində Çeçenistan başçısından kömək istəməyi qərara alıb. O, Kadırovun "bu faciəyə laqeyd qalmayacağına" və onun müdaxiləsindən sonra Cambekovun "özünü bir kişi kimi göstərərək polisə təslim olacağına" ümid etdiyini bildirib.

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO