Gəncə şəhərində fəaliyyət göstərən Nikah və Ailə Məsləhətxanasında vətəndaşlara Tibbi Xdmət ödənişli əsaslarla olmasına baxmayaraqxa0 sözü gedən müəsissədən özbaşınalıqların olduğu iddia edilir.xa0
Daşkəsən rayon sakini İsgəndərov Amil Qafar oğlu Moderator.az vasitəsi ilə səhiyyə naziri Oqtay Şirəliyevə video müraciət edib.xa0
Belə ki, Daşkəsən rayon sakini həyat yoldaşı Həsənova Rübabə Bəxtiyar qızının müayinə olunması üçünxa0 26.12.2018-ci il tarixdə Gəncə şəhərində yerləşən Nikah və Ailə Məsləhətxanasına aparıb. Həmin məsləhətxananın həkim lobarantı Zeynalova Əsmayə onlardan virus və mikrobların təyin edilməsixa0 üçün analizə 100 azn pul tələb edib. Şikayətçi də həmin deyilən məbləği orada həkim lobarantın şəxsən özünə verdiklərini bildirirlər.
Sözü gedən Tibbi Müəsissədəxa0 onlaraxa0 göstərilən xidmətin müqabilində ödənişə görə qəbz dəxa0 verilməyib. Şikayətçinin qıcıqlandıran əsas məsələ ondan 100 manat alınması deyil, onlara verilməli olan analizlərin cavabınınxa0 başqa şəxsə məxsus olmasıdır.
Sonda Daşkəsən rayon sakini cənab səhiyyə naziri Oqtay Şirəliyevdən Gəncə Nikah və Ailə Məsləhətxanasında baş verən özbaşınalıqla bağlı ölçü götürülməsi və ona dəymiş maddi ziyanın geri qaytarılmasına köməkdarlıq etməsini xahiş edir.xa0
Ərşad İbrahimov































































































