Bakıda “Hyundai” piyada keçidindəki 4 nəfəri vurdu  - Vəziyyətləri ağırdır+ Fotolar

Bakıda “Hyundai” piyada keçidindəki 4 nəfəri vurdu - Vəziyyətləri ağırdır+ Fotolar

Hazırda oxunan: Bakıda “Hyundai” piyada keçidindəki 4 nəfəri vurdu - Vəziyyətləri ağırdır+ Fotolar

251658
Bir neçə dəqiqə öncə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində ağır yol-nəqliyyat qəzası baş verib.

“Hyundai” markalı 90 AV 316 dövlət nömrə nişanlı avtomobil piyada keçidində dayanan iki qadınla iki gənc oğlanı vurub. Daha sonra isə “BMW” markalı 10 MO 201 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polislər cəlb edilib.

Xəsarət alan piyadaların vəziyyətinin ağır olduğu bildirilir. Onlar 1 saylı Şəhər Klinik Xəstəxanasına (“Semaşko”) aparılıblar.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində xəsarət alan oğlanlardan biri ərazidə fəaliyyət göstərən marketlərdən birində çalışır. Onun lal olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

***

Xəstəxanadan “Qafqazinfo”ya verilən məlumata görə, hazırda yaralı şəxslər əməliyyat olunurlar.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO