Salyan-Şirvan magistralında, Salyan rayonunun Qırxçıraq kəndi ərazisində “VAZ 2107” markalı avtomobil kanala aşıb.
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində Bərdə sakini, 1984-cü il təvəllüdlü Rauf Sahib oğlu Quliyev və Ağdaş sakini, 1983-cü il təvəllüdlü Quliyev Qərib Yenidünya oğlu boğularaq ölüblər.
xa0
Faktla bağlı Salyan Polis Şöbəsi tərəfindən araşdırma aparılır.






























































































