Qasırğa Ağdam, Bərdə və Tərtəri vurdu - YENİLƏNİB

Qasırğa Ağdam, Bərdə və Tərtəri vurdu - YENİLƏNİB

Hazırda oxunan: Qasırğa Ağdam, Bərdə və Tərtəri vurdu - YENİLƏNİB

18679

11:49

Avqustun 27-də axşam saatlarında qərb bölgəsində müşahidə olunan küləkli hava və yağış Tovuzda fəsadlar törədib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində rayon mərkəzində beşmərtəbəli yaşayış binasının dam örtüyü uçub.

İri bir ağac kökündən qoparaq Bakı-Qazax magistral yoluna düşüb. Rayonun kəndlərində evlərin dam örtüklərinə, eləcə də elektrik və rabitə təsərrüfatına ciddi ziyan dəyib. Əlverişsiz hava şəraiti nəticəsində Qovlar şəhərində 7 kəndi elektrik enerjisi ilə təmin edən yarımstansiyada yanğın baş verib. Hazırda ətraf kəndlərin elektrik enerjisi ilə təmin olunması üçün iş görülür.

Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən təbii fəlakətin vurduğu ziyanın həcmi müəyyənləşdirilir və fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

10:03

Ötən gecə Ağdam, Bərdə və Tərtər rayonlarında qasırğa ciddi fəsadlar törədib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, ötən gecə yağışla müşahidə olunan güclü külək Ağdam, Bərdə və Tərtər rayonlarında ağacları kökündən qopararaq elektrik naqillərinin üzərinə salıb.
 
Bu səbəbdən həmin  rayonların bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Ağdam rayon Fövqəladə Hallar Komissiyasının sədri Zülfü Qasımov APA-ya açıqlamasında bildirib ki, hələlik Çəmənli  və İmamqulubəyli kəndlərindən  tikililərə zərər dəyməsi barədə məlumat daxil olub:  "Yaşayış məntəqələrinin çoxunda elektrik enerjisinin verilməsi bərpa olub. 6 kənddə bərpa işləri aparılır. Qırılan ağaclar kənara daşınaraq, həm yolların açılmasını həm də elektrik naqillərinin bərpasını təmin edirik."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO