Kürdəxanı sakini daxili işlər nazirinə və baş prokurora şikayət etdi

Kürdəxanı sakini daxili işlər nazirinə və baş prokurora şikayət etdi

Hazırda oxunan: Kürdəxanı sakini daxili işlər nazirinə və baş prokurora şikayət etdi

139417
Sabunçu rayon Kürdəxanı qəsəbəsi sakinləri Quliyev Hacıqulu Namiq oğlu Moderator.az - a ünvanladığı şikayət məktubunda daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova şikayət edib.

Müraciətdə deyilir:

Hörmətli cənab nazir, hörmətli baş prokuror!

Yazıb Sizə bildirmək istəyirdim ki, 15 yanvar 2016 ”“ cı ildə saat 17:00 ”“ radələrində idarə etdiyim 10 ZP 179 BMW markalı avtomobilimlə Kürdəxanı qəsəbəsində gedərkən, Kürdəxanı qəsəbə sakini Ağarızayev Rafiq Ağarıza oğlu idarə etdiyi 10 KT 449 “Qaz 31”x9d markalı avtomobilini  yaşayış massivində yüksək sürətlə idarə edərək ötmə əməliyyatı həyata keçirmiş və mənim yoluma çıxaraq ağır qəza törətmişdir. 

Qəza nəticəsində avtomobilim yararsız hala düşdü. Özümün başım partladı və ayağım ağır əzildi. Avtomobilimdə olan dostlarımdan Mirzəyev Eşqin Ağayar oğlunun burnu sınaraq, alın nahiyyəsi cırıldı. Digər dostum Hüseynov Tural Naib oğlunun dişi sındı və boğazı kəsildi. Biz ağır vəziyyətdə Sabunçu rayon xəstəxanasına yerləşdirildik. Qəza nəticəsində Rafiq Ağarızayevin avtomobili əzilsə də, özü xəsarət almadı. 

Hörmətli cənab nazir, hörmətli baş prokuror!

İstintaq avtomobilimə 2700 manat maddi ziyan təyin etdi. Dostum Eşqin Mirzəyev indiyə kimi burnundakı sınıqdan əziyyət çəkir, əməliyyat olunmalıdır. Beş aydır ki, hadisə olub, amma, işin istintaqı bizim fikrimizcə düzgün aparılmır. İşin istintaqı Sabunçu rayon baş polis idarəsinin müstəntiqi Samir Ağayev tərəfindən aparılır. Müstəntiq beş aydır ki, bizi get ”“ gələ salıb. Amma, ortalıqda heç nə yoxdur. Odur ki, Sizdən xahiş edirəm məsələyə müdaxilə edin və problemin həlli istiqamətində lazımi addımlar atılmasına nail olunsun. Mən və dostlarım xahiş edirik ki, bizə dəyən maddi ziyan Rafiq Ağarızayev tərəfindən ödənilsin. 

Öncədən Sizə özümüz və ailəmiz adından minnətdarlığımı bildirirəm. 

Quliyev Hacıqulu Namiq oğlu. Tel: 055 ”“ 669 ”“ 49 ”“ 73 

Müstəntiq Samir Ağayev. Tel: 050 ”“ 664 ”“ 24 ”“ 99 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO