Xırdalanda yük avtomobili DYP maşınını vurdu ”“  VİDEO

Xırdalanda yük avtomobili DYP maşınını vurdu ”“ VİDEO

Hazırda oxunan: Xırdalanda yük avtomobili DYP maşınını vurdu ”“ VİDEO

129722
Xırdalan şəhərində yol qəzası baş verib.xa0

Moderator.az avtosfer.az-a istinadən xəbər verir ki, 01 BM 515 dövlət nömrə nişanlı sudaşıyan maşın 10 YP 627 dövlət nömrə nişanlı DYP maşınını arxadan vurub.xa0

Zərbə nəticəsində polis avtomobilinin arxa tərəfi yararsız hala düşüb. DYP əməkdaşlarından xəsarət alan olmayıb. Hadisə yerinə yol polisinin məsul əməkdaşları gəlib.xa0

İlkin ehtimala görə, hadisəyə səbəb yük avtomobilin əyləc sistemində yaranmış problemdir. Lakin şahidlər bildirir ki, DYP avtomobilindəki inspektor yük avtomobilinə “saxla”x9d işarəsi verib.

Yük maşını dayanmadığı üçün yol polisi əməkdaşı idarə etdiyi avtomobili onun qarşısına sürərək dayandırmağa çalışıb. Bu zaman yük maşının sürücüsü avtomobili saxlaya bilməyib və DYP maşınını vuraraq əzib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO