Fransada 800 illik müsəlman məzarlığı tapıldı...

Fransada 800 illik müsəlman məzarlığı tapıldı...

Hazırda oxunan: Fransada 800 illik müsəlman məzarlığı tapıldı...

123521
Moderator.az-ın məlumatına görə, arxeoloqlar 800 illik müsəlman məzarlığın tapıblar.

Avropanın ən qədim müsəlman məzarlığı hesab olunan tapıntı Fransanın Nimes şəhərində tapılıb. Yan-yana basdırılmış 3 kişi cəsədinin üzü Kəbə istiqamətində olması da araşdırmaçıların diqqətini cəlb edib.

Radio karbon testləri ilə sümüklərin Şimali Afrikda yaşayan bir millətə aid olduğu qənaətinə gəlinib. Araşdırmaçılar  20, 30 və 50 yaşlarında olduğu ehtimal edilən 3 kişinin ərəb ordusunun tərkibində VII-IX əsrlər arasında bu əraziyə gəldiyini güman edirlər. Məzarlar Nimesdə tikinti üçün qazıntı apararkən təsadüfən aşkar olunub. Əvvəllər də Marsel şəhərində XIII, Montpellyer şəhərində XII əsrə aid müsəlman qəbirləri tapılmışdı.

Mehman Nəbiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO