Eks spiker Rəsul Quliyev oktyabrın 10 - da Moderator.az - da "Ən geci 1 aydan sonra Rusiyada terror aktları başlayacaq" başlıqlı məqalə ilə çıxış etmişdi. Onun proqnozu doğru çıxdı və cəmisi 20 gün sonra Rusiyanın mülki təyyarəsi Misir səmasında partladıldı. Gözlənilir ki, bu hələ ilk terror siqnalıdır və irəlidə İŞİD Rusiyanı Suriyaya soxulmasına peşman edəcək xeyli terror aksiyaları gerçəkləşdirəcək.
Rəsul Quliyevsə Moderator.az - a bu dəfəki açıqlamasında proqnozunun qismən doğru çıxdığı qənaətindədir:
Bir ay bundan öncə "Rusiyanı terror bürüyəcək" proqnozumun (moderator.az/news/100165.html) düz çıxmasında yeganə səhv bu hadisənin bir aydanda tez başlamasındadır. Təyyarənin qəzaya uğraması xlifatəçilərin terror aksiyalarına start verdiyinə dəlalət edir və bu aksiyalar davamlı olacaq. Rusiya nə Avropadır, nə də ABŞ. Kəşfiyyatı zəifdir. Vətəndaşlarının arasında kifayət qədər 5 - 10 min dollara istənilən qanunsuz hərəkətlərə qol qoyan insanları var. Əhalisinin arasında minlərlə islamçı fundamentalistlər mövcuddur. Ona görə də Rusiyaya qarşı terror davam edəcək.
"Forbes" jurnalının Putini dünyanın ən nüfuzlu yox, təsirli gücə malik adam adlandırması əslində ona təhqir səviyyəsində verilmiş qiymətdir. Məsələn, Merkelə qiymət verən "Forbes" onu qaçqınlar problemini həll etməkdə göstərdiyi fəaliyyəti ön plana çəkir. Putin barəsində isə istənilən qərarı qəbul edən və heç bir müqavimətə, etiraza rast gəlməyən, hakimiyyəti tək əldə toplamış şəxs kimi qiymət verir. Başqa sözlə, diktatorluğuna görə 1 - ci yerə layiq görülüb. Nəzərinizə çatdırım ki, 30 - cu illərdə Hitler və Stalin də bir neçə dünyanın bir nömrəlisi olublar.






























































































