Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnast 2-ci dəfə Avropa çempionu oldu - VİDEO

Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnast 2-ci dəfə Avropa çempionu oldu - VİDEO

Hazırda oxunan: Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnast 2-ci dəfə Avropa çempionu oldu - VİDEO

88586

Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnastı Cesika Qədirova ardıcıl ikinci dəfə Avropa çempionu olub. 

Bizim.Media “The Guardian”a istinadən xəbər verir ki, 17 yaşlı idman gimnastı Almaniyanın Münxen şəhərində keçirilən Avropa çempionatında döşəmə üzərində sərbəst hərəkətlərə görə hamıdan yaxşı nəticə göstərib. 

O, 14.000 nəticə ilə qızıl medal qazanıb. Gümüş və bürünc medalları italiyalılar – Martina Maccio və Ancela Andreoli əldə edib. Cesikanın əkiz bacısı Cenifer Qədirova isə 13.466 nəticə ilə 5-ci olub. 
Xatırladaq ki, əkiz bacılar bu Avropa çempionatında Böyük Britaniya millisinin heyətində komanda şəklində gümüş medallara da yiyələniblər. 

Bizim.Media

 



 



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO