“Rusiya Qərbə səslənərək yeni təhlükəsizlik prinsipləri ilə razılaşmağa çalışıb, lakin onlar bizi dinləmədilər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Putinin Mətbuat Xidmətinin rəhbəri Dmitri Peskov səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Ukraynanın NATO-ya üzvlüyü Alyansla toqquşmaya səbəb olar” - Peskov
O, Ukraynada aparılan müharibəyə də toxunub: “Qələbə qazanacağımıza və bütün məqsədlərə çatacağımıza əminik”.
Peskov qeyd edib ki, Putin ölkəni hara apardığını bilir: “Buna siyasi konsensus deyilir, lakin biz hamımız prezidentimizin dəstəyinin səviyyəsini görürük. Onu bütün ölkə, gənclər, bütün nəsillər dəstəkləyir”.
Mətbuat Xidmətinin rəhbəri ukraynalıların istedadlı olduğunu deyib: “Həm də sülhsevərdir. Rusiya ilə qohum olan xalqdır, lakin “aldanıblar”.
Peskovun fikrincə, Rusiya siyasi, iqtisadi və informasiya baxımından təcrid oluna bilməz.
Bizim.Media