Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı “Pençe Kilit” əməliyyatının başladığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün “Twitter” səhifəsində məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
PKK-nın daha 4 terrorçusu zərərsizləşdirildi
"Qəhrəman silahlı qüvvələrimiz İraqın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarının qarşısını almaq və sərhədlərimizi qorumaq üçün “Pençe Kilit” əməliyyatına başladı" deyə Hulusi Akar bildirib.
H.Akar Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunlarının komandanı, ordu generalı Musa Avsever və Hərbi Dəniz Qüvvələrinin komandanı, ordu generalı Adnan Özbal ilə birlikdə Hərbi Hava Qüvvələrinin qərargahına gəlib.
Bizim.Media
Milli Savunma Bakanı Hulusi Akar, Irak'ın kuzeyinde Metina, Zap ve Avaşin-Basyan bölgelerindeki terörist hedeflere yönelik Pençe Kilit Operasyonu'nun başlatıldığını açıkladı. pic.twitter.com/dEdc3zmluV
— TRT Haber Canlı (@trthabercanli) April 17, 2022