Bakıda 4 ədəd əl qumbarası tapıldı - VİDEO

Bakıda 4 ədəd əl qumbarası tapıldı - VİDEO

Hazırda oxunan: Bakıda 4 ədəd əl qumbarası tapıldı - VİDEO

69638

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xəzər rayonunun Şüvəlan qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 4 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib. 
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. 

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO