Ərdoğan orucunu əsgərlərlə açdı - VİDEO

Ərdoğan orucunu əsgərlərlə açdı - VİDEO

Hazırda oxunan: Ərdoğan orucunu əsgərlərlə açdı - VİDEO

69620

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan terrorla mübarizə əməliyyatlarında mühüm uğurlara imza atan Hakkarinin Yüksekova rayonundakı 3-cü Piyada Diviziya Komandanlığında iftar yeməyinə qatılıb.

Bizim.Media TRT-yə istinadən xəbər verir ki, prezident  Ərdoğan iftar yeməyindən öncə yeməkxananın girişində əsgərləri  salamlayıb.  

O,  Milli Müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin (TSK) komandirləri ilə dua oxuduqdan sonra əsgərlərlə birlikdə iftar yeməyi  yeyib.

Prezident Ərdoğan sosial media hesabından paylaşdığı açıqlamada belə yazıb:

“Bu axşam Yüksekova 3-cü Piyada Diviziya Komandanlığında Türk Silahlı Qüvvələrimizin dəyərli üzvləri ilə, mehmetçikimizlə iftar süfrəsində idik. Allah bütün əsgərimizdən razı olsun, qatıldıqları bütün mübarizələrdə zəfər qazanmağı nəsib etsin”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO