Xaçmazın Ləcət dəmiryol stansiyasında "Aqroekspress"layihəsinin tətbiqinə start verilib və iki yük qatarı təntənəli surətdə Rusiyaya yola salınıb.
Bizim.Media-nın məlumatına görə, yeni layihə Azərbaycan-Rusiya İşgüzar Şurası, Rusiya İxrac Mərkəzi SC (RİM),"Roseksimbank"SC,"Azərbaycan Dəmir Yolları" QSC, "RDY" ASC-nin dəstəyilə "Allance Logistics" MMC və "RDY" Logistika" SC tərəfindən həyata keçirilir.
Bu gün rusiyalı alıcılara göndərilən ilk yük qatarında Azərbaycanın qarışıq meyvə-tərəvəz məhsulları -pomidor, nar, xüsusilə qonşu ölkənin bazarlarında çox tələbat olan təzə Azərbaycan xurması göndərilib.
Qeyd edək ki, yeni layihə Azərbaycan sahibkar və fermerlərinin məhsullarının Rusiya bazarlarına daha tez və keyfiyyətli çatdırılmasında böyük dəstək olacaq.
Yük qatarının yolasalma mərasimində Azərbaycan İqtisadiyyat Nazirinin müavini Sahib Məmmədov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və özəl qurumların rəhbərləri iştirak edib.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Günün videosu
14:38 / 12.02.2022
Azərbaycan məhsulları ilk dəfə "Aqroekspress"lə Rusiyaya yola salındı - VİDEO
Hazırda oxunan: Azərbaycan məhsulları ilk dəfə "Aqroekspress"lə Rusiyaya yola salındı - VİDEO
Hazırda oxunan: Azərbaycan məhsulları ilk dəfə "Aqroekspress"lə Rusiyaya yola salındı - VİDEO
59845
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.