Yol polisindən avtobusu belə gözləyən piyadalara MÜRACİƏT – VİDEO

Yol polisindən avtobusu belə gözləyən piyadalara MÜRACİƏT – VİDEO

Hazırda oxunan: Yol polisindən avtobusu belə gözləyən piyadalara MÜRACİƏT – VİDEO

596465

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara ictimai nəqliyyatı minik meydançalarında, avtobus dayanacaqlarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləmələri ilə bağlı müraciət edib.

Bu barədə Bizim.Media-ya idarədən bildirilib.

"Yolun hərəkət hissəsinə çıxmaq, nəqliyyat vasitələrinin hərəkət etdiyi zolaqlarda dayanmaq sizin həyat və sağlamlığınız üçün ciddi təhlükə, sürücülər üçün isə gözlənilməz maneə deməkdir.

Unutmayın ki, bir anlıq diqqətsizlik ağır və arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Hər bir piyadanın qaydalara riayət etməsi ümumi yol hərəkəti təhlükəsizliyinin vacib şərtidir.

Dəyərli piyadalar!

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sizləri şəxsi təhlükəsizliyinizi qorumağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır", - idarədən əlavə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO