Xüsusi təyinatlılarımız terrorçuların gizləndikləri yaşayış məntəqəsinə hücum etdilər - FOTO-VİDEO

Xüsusi təyinatlılarımız terrorçuların gizləndikləri yaşayış məntəqəsinə hücum etdilər - FOTO-VİDEO

Hazırda oxunan: Xüsusi təyinatlılarımız terrorçuların gizləndikləri yaşayış məntəqəsinə hücum etdilər - FOTO-VİDEO

49706

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə “Yaşayış məntəqələrində antiterror əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Mənbə yazır ki, “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən təlimdə xüsusi təyinatlı qruplara dinc əhali arasında təxribat törətməyə hazırlaşan şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi tapşırığı verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Xüsusi təyinatlılar Naxçıvanda terrorla mübarizə üzrə təlim keçdi - VİDEO


Tapşırığı almış xüsusi təyinatlı qruplar zirehli avtomobillərlə və helikopterlərin dəstəyi ilə terrorçuların gizləndikləri yaşayış məntəqəsinə həmlə ediblər.

Basqın zamanı yaralanan hərbi qulluqçuların təhlükəsiz şəkildə təxliyyəsi həyata

keçirilib.Xüsusi təyinatlı bölmələrin terrorla mübarizə vərdişlərinin təkmilləşdirildiyi və real döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə keçirilən təlimdə yaxın təmasla və müxtəlif silah nümunələri ilə döyüş elementləri yerinə yetirilib.

Düşmənin diversiya-təxribat fəaliyyətlərinin qarşısını alan xüsusi təyinatlılarımız təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olublar.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimin sonunda şəxsi heyətin yaşayış məntəqələrində döyüş əməliyyatlarının aparılması bacarıqları yüksək qiymətləndirilib, təlimdə iştirak edən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO