Zəfər Günü ərəfəsində Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirilib.
Bizim.Media xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən mərasimlərdə gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.
MÖVZU İLƏ BAĞLI:
Naxçıvan Qarnizonunda silsilə tədbirlər - “Zəfər yolumuz” - FOTO
Gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər.
Daha sonra şəxsi heyətin təntənəli keçidi olub.
Uzun illərdir davam edən ənənəyə əsasən Naxçıvan Qarnizonu Qoşunlarında hərbi andı qəbul edən əsgərlərə qısamüddətli məzuniyyət verilir.
Naxçıvan Muxtar Respublikasından həqiqi hərbi xidmətə çağırılan əsgərlərdən hər hansı biri də evlərinə gedən zaman Azərbaycanımızın digər bölgələrindən hərbi xidmətə çağırılmış əsgərlərdən birini özü ilə bərabər qonaq apara bilir.
Bizim.Media