Azərbaycan qırıcıları Türkiyədə havaya qalxdı - FOTO/VİDEO

Azərbaycan qırıcıları Türkiyədə havaya qalxdı - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan qırıcıları Türkiyədə havaya qalxdı - FOTO/VİDEO

35851

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri davam edir. 

Bizim.Media xəbər verir ki, təlimin planına uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri gündüz döyüş uçuşları həyata keçiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Qırıcılarımız şərti hədəfləri məhv etdi - VİDEO


Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib.

Plana uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri birgə əməliyyat çərçivəsində havadan hücumla şərti düşmənin hava hücumundan müdafiə vasitələrini, strateji obyektlərini və bu obyektləri müdafiə edən təyyarələrini məhv etmək tapşırığını uğurla icra ediblər.

Qeyd edək ki, Azərbaycan hərbi təyyarəçiləri təlimə Su-25 hücum və MİQ-29 qırıcı təyyarələri ilə qatılıblar.

Təlimlər sentyabrın 17-dək davam edəcək.

Bizim.Media
 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO