Əfqanıstanda DƏHŞƏTLİ ZƏLZƏLƏ: 250 ölü, 500 yaralı var – VİDEO

Əfqanıstanda DƏHŞƏTLİ ZƏLZƏLƏ: 250 ölü, 500 yaralı var – VİDEO

Hazırda oxunan: Əfqanıstanda DƏHŞƏTLİ ZƏLZƏLƏ: 250 ölü, 500 yaralı var – VİDEO

268034

Əfqanıstanın şərqində, Pakistan sərhədi yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ABŞ Geoloji Xidməti yayıb.

Mənbə qeyd edir ki, ardınca 4,5–5,2 bal gücündə ən azı üç afterşok qeydə alınıb.

BBC-nin yerli hakimiyyət orqanlarına istinadən yaydığı xəbərə əsasən, ilkin məlumatlarda 20-dən çox insanın öldüyü, 115-dən artıq yaralının xəstəxanalara yerləşdirildiyi bildirilirdi. Lakin ölənlərin sayının artacağı gözlənilirdi, çünki zərərçəkmiş ərazilər dağlıq və əlçatmaz bölgələrdə yerləşir, oradakı evlərin əksəriyyəti isə seysmik davamlı deyil.
 

Vilayət polisinin məlumatına görə, torpaq sürüşmələri nəticəsində yollar bağlanıb, xilasedici əməliyyatları yalnız hava yolu ilə aparmaq mümkündür. Taliban hökuməti beynəlxalq humanitar təşkilatlardan təcili yardım istəyib.


Son məlumata görə, ölənlərin sayı 250-yə çatıb, azı 500 nəfər yaralanıb. Bu barədə NBC News Taliban nümayəndələrinə istinadla yazıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO