DİN Qurban bayramı ilə bağlı müraciət etdi – VİDEO

DİN Qurban bayramı ilə bağlı müraciət etdi – VİDEO

Hazırda oxunan: DİN Qurban bayramı ilə bağlı müraciət etdi – VİDEO

253240

Daxili İşlər Nazirliyi (DİN) Qurban bayramı ilə əlaqədar müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Əziz hərəkət iştirakçıları!

Qurban bayramı və tətil günləri ilə əlaqədar olaraq paytaxtdan bölgələrə səfər edən vətəndaşların sayında artım gözlənilir. Bu səbəbdən, həm şəhərdaxili, həm də respublika yollarında nəqliyyat sıxlığının yaranması və qəza riskinin artması ehtimal olunur.

Yol hərəkətində təhlükəsizliyin təmin olunması məqsədilə sizi aşağıdakı vacib qaydalara əməl etməyə çağırırıq:

Avtomobildə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə edin;

Nəqliyyat vasitəsinin texniki sazlığını öncədən yoxlayın;

Mümkün olduqda səhər saatlarında yola çıxın;

Nəqliyyat vasitəsi istehsalçısı tərəfindən müəyyən edilmiş saydan artıq uşaqlar da daxil olmaqla sərnişin daşımayın;

Sürət həddini aşmayın, ötmə manevrlərini yalnız qaydalara uyğun şəkildə həyata keçirin;

Sərxoş və ya yorğun vəziyyətdə sükan arxasına əyləşməyin;

Unutmayın, polis əməkdaşları bayram günlərində də respublika yollarında və şəhər ərazilərində fasiləsiz xidmət göstərir, sizin təhlükəsiz və rahat istirahətiniz üçün çalışırlar.
 

Siz də məsuliyyətli davranaraq özünüzü və yaxınlarınızı qoruya, təhlükəsizliyin təmininə töhfə verə bilərsiniz.


Qoy bu mübarək bayram hər kəsə ruzi, bərəkət və sevinc gətirsin! Qurbanlarınız, dualarınız qəbul olsun.

Bayramınız mübarək!"


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO