Hərbi vəzifəlilərin təlim-toplanışı davam edir - FOTO/VİDEO

Hərbi vəzifəlilərin təlim-toplanışı davam edir - FOTO/VİDEO

Hazırda oxunan: Hərbi vəzifəlilərin təlim-toplanışı davam edir - FOTO/VİDEO

244310

Müdafiə Nazirliyinin cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 

Plana uyğun olaraq, hərbi vəzifəlilərin nizam-intizamını və mənəvi-psixoloji vəziyyətini artırmaq məqsədilə onlarla ictimai-siyasi hazırlıq məşğələləri keçirilib.


Təlimə cəlb olunan heyət, həmçinin atəş hazırlığı üzrə məşğələlərə qatılıb, atıcı silahlar və əl qumbaraatanlarından praktiki atış çalışmalarını yerinə yetirib.

Keçirilən toplanışın əsas məqsədi ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də onlara yeni hərbi biliklərin aşılanmasıdır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO