"Ukrayna ilə həmsərhəd rayonlarda baş verənlərə qiymət veriləcək, lakin indi əsas vəzifə düşməni darmadağın etməkdir".
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə həmsərhəd rayonlardakı vəziyyətlə bağlı keçirdiyi iclasda deyib.
O, ukraynalıların Rusiya ərazisindən çıxarıldıqdan sonra Ukrayna ilə sərhədin etibarlı qalmasını təmin etməyi tələb edib.
"Kiyev Qərb ağalarının iradəsini yerinə yetirir, Qərb isə ukraynalıların əli ilə Rusiya Federasiyasına qarşı vuruşur. Kiyevin Kursk vilayətinə hücumu rus qoşunlarının irəliləməsini dayandırmaq üçün hərbi məqsəd güdür", - Putin deyib.
Rusiya Federasiyasının başçısı qeyd edib ki, Kursk vilayətinə hücum etməklə Kiyev gələcək danışıqlarda öz mövqeyini yaxşılaşdırmağa çalışır.
Bizim.Media