“Simpsonlar” bu dəfə Kamala Harrisin prezident seçkilərində qələbəsini

“Simpsonlar” bu dəfə Kamala Harrisin prezident seçkilərində qələbəsini "proqnozlaşdırdı" – VİDEO  

Hazırda oxunan: “Simpsonlar” bu dəfə Kamala Harrisin prezident seçkilərində qələbəsini "proqnozlaşdırdı" – VİDEO  

203103

Amerikanın məşhur “Simpsonlar” (“The Simpsons”) cizgi filminin yaradıcıları illər sonra reallığa çevrilən ssenarilərinin dəqiqliyi ilə pərəstişkarlarını dəfələrlə təəccübləndiriblər və gələcək hadisələri demək olar ki, mistik şəkildə təxmin edə biliblər. 

Bizim.Media xəbər verir ki, bu dəfə də cizgi filmi ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harrisin prezident seçkilərində qələbəsini "proqnozlaşdırıblar". 

Epizodların birində onlar kostyumunun və aksesuarlarının rənginə qədər Harrisin görünüşünə çox oxşayan qadın prezidenti göstəriblər. 

Eyni zamanda, süjetə görə, o, daşınmaz əmlak satışı ilə məşğul olan prezidenti (Donal Tramp kimi) əvəz edib. 

Qeyd edək ki, avqustda Demokratlar Harrisin namizədliyini təsdiqləsə, ABŞ-da ilk qadın prezident olmaq şansı qazanacaq. Formal olaraq o, artıq özünü bu vəzifədə sınayıb. Belə ki, 19 noyabr 2021-ci ildə anesteziya altında olarkən Bayden tibbi prosedurdan keçdi və öz səlahiyyətlərini vitse-prezident Harrisə verdi. Bu, Amerika tarixində yeganə presedentdir ki, qadın prezident səlahiyyətlərini öz üzərinə götürür.
Bu il noyabrın 5-də keçirilməsi planlaşdırılan prezident seçkilərində Harris Trampla rəqabət apararaq qalib gəlsə, o, 60 yaşında ABŞ-ın ilk qadın prezidenti kimi vəzifəsinin icrasına başlayacaq. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO