Bir ildir həll olmayan PROBLEM – Bakının mərkəzindəki eskalatorların bəxti nə vaxt AÇILACAQ? – VİDEO  

Bir ildir həll olmayan PROBLEM – Bakının mərkəzindəki eskalatorların bəxti nə vaxt AÇILACAQ? – VİDEO  

Hazırda oxunan: Bir ildir həll olmayan PROBLEM – Bakının mərkəzindəki eskalatorların bəxti nə vaxt AÇILACAQ? – VİDEO  

199509

Piyadaların təhlükəsizliyi üçün bir çox küçə və prospektlərdə yeraltı keçidlər tikilib. Amma paytaxtın bəzi ərazilərinin yeraltı keçidlərində eskalatorlar işləmir. 

Söhbət Mərkəzi Bankın qarşısı, Heydər Əliyev sarayı və Qış parkı ərazilərində yerləşən eskalatorlardan gedir. 

Artıq 1 ilə yaxındır ki, qeyd etdiyimiz ərazilərdəki yeraltı keçidlərdəki eskalatorlar normal işləmir. Bəzi keçidlərdə eskalatorlardan biri, bəzilərində isə üzüyuxarı və üzüaşağı işləməli olan hər iki eskalator işlək vəziyyətdə deyil. Bundan isə ən çox fiziki məhdudiyyəti olan şəxslər, hamilə qadınlar və yaşlı insanlar əziyyət çəkir. 

Yeraltı keçidlərdə eskalatorların yararsız vəziyyətə düşməsi də diqqətdən qaçmır. Yeraltı keçidlərdə eskalatorların işləməməsi insanlara əlavə problemlər yaradır. Bu zaman onlar yollardan birbaşa keçərkən öz həyatlarını təhlükə altına atmış olurlar. 

Maraqlısı odur ki, dəfələrlə aidiyyəti qurumlar problemlə bağlı məlumatlandırılsalar da, adekvat tədbir görülməyib. 

Bəs, bu problem nə zaman həll olunacaq? 

Mövzuyla bağlı Bizim.Media-ya danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, eskalatorlar daimi işlək vəziyyətdə olan mexanizmlər olduğundan onların sıradan çıxması normal haldır:

“Hal-hazırda “28 may” ərazisində işləməyən eskalatorlar üçün xaricdən təchizat sifariş vermişik. Təchizat təhvil verildikdən sonra eskalatorların hərəkəti bərpa olunacaq. Nə zaman bərpa olunması ilə bağlı isə heç bir məlumat yoxdur”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə  problemə belə münasibət bildirib:

“Qış parkının aşağısındakı yeraltı dayanacaq təhvil alınan zaman orada bir sıra çatışmazlıqlar mövcud olub. Belə ki, təhvil zamanı lift və eskalatorlarda nöqsanların olduğu və işləmədiyi müəyyən edilib. Avtodayanacaqdakı lift və eskalatorlarının əsaslı təmiri nəzərdə tutulub”.

İşləməyən eskalatorların nə zaman təmir olunacağı ilə bağlı konkret məlumat yoxdur. Görünən isə odur ki, 1 ildir işləməyən eskalatorların bəxti hələ yaxın günlərdə də açılmayacaq. 
 


Nailə Kərim, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO