"Qafqaz Qartalı - 2024" təliminin təntənəli bağlanış mərasimi keçirilib - FOTO/VİDEO

Hazırda oxunan: "Qafqaz Qartalı - 2024" təliminin təntənəli bağlanış mərasimi keçirilib - FOTO/VİDEO

196985

“Qafqaz Qartalı - 2024” beynəlxalq təliminin bağlanışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bağlanış mərasimində əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən azad olunması uğrunda gedən döyüşlərdə canlarını fəda edən şəhidlərimizin ruhu ehtiramla yad edilib. Daha sonra hərbi orkestrin ifasında Azərbaycan, Türkiyə və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
Mərasimdə çıxış edənlər keçirilən təlimlərin üç ölkənin iştirakçı hərbi qulluqçuları arasında təcrübə mübadiləsinin aparılmasına, döyüş hazırlığının yüksəldilməsinə töhfə verdiyini bildirib.

Qeyd olunub ki, təlim müddətində xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacarıb, təlim dostluq, yoldaşlıq və qardaşlıq şəraitində keçirilib.

Çıxışlar bitdikdən sonra təlim zamanı fərqlənmiş hərbi qulluqçulara xatirə hədiyyələri təqdim olunub.

Mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra, təntənəli konsert proqramı təqdim edilib. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin çıxışları böyük maraq və alqışlarla qarşılanıb.
 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO