Rusiya sülhməramlılarının növbəti hissəsi Azərbaycandan çıxıb.
Bizim.Media modern.az-a istinadən xəbər verir ki, belə ki, Qarabağı tərk edən Rusiya sülhməramlılarına məxsus hərbi yük maşınları bu gün Laçın yolunda görünüb.
Qeyd edək ki, 2023-ci ilin sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatından sonra artıq misiyanın fəaliyyətinə böyük ehtiyac qalmayıb.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.
Mayın 15-də Xocalı hava limanında Rusiya Federasiyası sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media